GÖYGÖL, 25 sentyabr. TELEQRAF
Göygöl rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, VAZ-2104 markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.
Nəticədə sürücü, 1999-cu il təvəllüdlü Zakir Bayramov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Onun vəziyyəti orta-ağırdır.