EN

Nəsimi Bağları Kompleksində “Nəsimi dastanı” baletinin təqdimatı olub (FOTO)

Bakı. Trend:

Sentyabrın 24-də Şamaxıdakı Nəsimi Bağları Kompleksində davamedən 3-cü Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalında bədiiproqram və “Nəsimi dastanı” baletinin yeni quruluşda təqdimatıolub.

Trend xəbər verirki, tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalqyazıçısı Anar Nəsiminin Azərbaycan ədəbiyyatının və mədəniyyətinininkişafında xüsusi rol oynadığını bildirib. O vurğulayıb ki, şairinyaradıcılığı həm dilimizin zənginləşməsinə, həm də xalqımızınmənəvi dəyərlərinin formalaşmasına böyük təsir göstərib.

Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, Xalqartisti Yusif Eyvazov Nəsimi festivalının Şamaxının mədənihəyatında xüsusi əhəmiyyətə malik olduğunu deyib. O qeyd edib ki,festival Nəsimi irsinin qorunub saxlanılması və şairinyaradıcılığının müxtəlif incəsənət növlərində təqdim edilməsindəmühüm rol oynayır.

Balet artisti, teatr rejissoru və prodüseri Andris Liepabildirib ki, "Nəsimi dastanı" baleti Nəsiminin yaradıcılığınınmənəvi və estetik dəyərlərini tamaşaçılara çatdırmaq məqsədiləxüsusi hazırlanıb. O vurğulayıb ki, baletin yeni quruluşundaxoreoqrafiya və musiqi həlli şairin ideyalarını müasir incəsənətdili ilə ifadə etməyə imkan yaradır.
Daha sonra səhnədə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və RəqsAnsamblı “Sufi” rəqsini təqdim edib. Əməkdar artist SevdaƏləkbərzadə “Mərhaba, xoş gəldin” deyib. Tanınmış müğənni ÇingizMustafayev isə “Qafil, oyan” ifasını səsləndirib.

Xalq artistləri Alim Qasımov, Natiq Şirinov və “Natiq” ritmqrupu, tanınmış müğənni AISEL, Əməkdar artist Elnur Mikayılov(kamança), Azərbaycan Dövlət Akademik Opera və Balet TeatrınınSimfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellasının təqdimatındaisə “Dönməzəm” dinlənilib.

Festivalda səbirsizliklə gözlənilən təqdimatlardan biri də“Nəsimi dastanı” baletinin yeni quruluşda nümayişi olub.
Dahi bəstəkar Fikrət Əmirovun ölməz əsərinin yeni quruluşu tanınmışbalet artisti, teatr rejissoru və prodüseri Andris Liepanınrejissorluğu ilə səhnələşdirilib. Balet Azərbaycan Dövlət AkademikOpera və Balet Teatrının Simfonik Orkestrinin müşayiəti ilə balettruppasının ifasında nümayiş olunub. Baletin quruluşçu xoreoqrafımüxtəlif ölkələrdə fərqli truppalarla çalışmış Patrik DeBanadır.

Xatırladaq ki, Fikrət Əmirovun Nəsimiyə həsr etdiyi “Nəsimidastanı” 1973-cü ildə yazılıb. Librettonun müəllifi yazıçı Anardır.Balet ilk dəfə 1973-cü il sentyabr 23-də nümayiş olunub. Bu əsərtamaşaçıların böyük rəğbətini qazanıb və premyeradan bir qədərsonra, 1974-cü ildə Respublika Dövlət Mükafatına layiq görülüb.

Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinintəşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən Nəsimi -şeir, mənəviyyat və incəsənət festivalı Şərqin dahi şair vəmütəfəkkirlərindən biri olmuş İmadəddin Nəsiminin (1369-1417)yaradıcılığına həsr edilərək şeir və incəsənətin yaşadılmasıməqsədi daşıyır. Böyük şairin şeirləri yalnız möhtəşəm söz ustalığınümunələri deyil, onlar bu gün də öz məna qüvvəsi ilə aktuallığınıqoruyub saxlayır.

Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Məqalədə:
Chosen
28
9
az.trend.az

10Sources