EN

Üçqat Formula 1 çempionunun avtomobili hərraca çıxarılacaq

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Formula-1" üzrə üçqat dünya çempionu Niki Laudaya məxsus "Ferrari 365 GT4 2+2" avtomobili oktyabr ayında Münhendə keçiriləcək "RM Sotheby's" auksionunda təqdim olunacaq.

Oxu.Az hərracın rəsmi saytına istinadən xəbər verir ki, V12 mühərrikli, "Pininfarina" dizaynlı idman kupesinin 180-220 min avro arasında satılacağını təxmin edilir.

Bu model 3 dekabr 1973-cü ildə istehsal edilib. Lauda onun ilk sahibi olub. O, 1975-ci ildə avtomobili Avstriyada satıb.

Avtomobilin hazırkı yürüşü 87 962 kilometrdir.

Kupe 340 at gücü hasil edən 4.4 litrlik dördsilindirli "Colombo V12" mühərriki, beşpilləli mexaniki transmissiya ilə təchiz edilib. 1976-cı ilə qədər yalnız 524 belə model istehsal edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
2
oxu.az

3Sources