EN

UEFA Avropa Liqası: Fənərbağça dan uğursuz start, Roma dan səfər qələbəsi

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

UEFA Avropa Liqasında Liqa mərhələsinin oyunlarına start verilib.

Oxu.Az xəbər verir ki, I turun ilk oyun günündə 9 qarşılaşma baş tutub.

Maraqla gözlənilən qarşılaşmalardan biri Xorvatiyada keçirilib. Yerli "Dinamo Zaqreb" komandası "Fənərbağça" klubunu qəbul edib.

Belyonun dublu, Bakrarın qolu Zaqreb təmsilçisinin 3:1 hesablı qalibiyyətini təmin edib. "Fənərbağça"nın heyətində isə yeganə qolu Şimanski vurub.

Turun digər maraq kəsb edın görüşündə "Roma" klubu səfərdə "Nitsa"nı 2:1 hesabı ilə üstələyib.

Qeydə alınmış digər nəticələri təqdim edirik:

PAOK (Yunanıstan) - "Makkabi" (Təl-Əviv, İsrail) - 0:0

"Midtyulland" (Danimarka) - "Şturm" (Avstriya) - 2:0

"Betis" (İspaniya) - "Nottingem Forest" (İngiltərə) - 2:2

"Braqa" (Portuqaliya) - "Feyenoord" (Niderland) - 1:0

"Srvena Zvezda" (Serbiya) - "Seltik" (Şotlandiya) - 1:1

"Frayburq" (Almaniya) - "Bazel" (İsveçrə) - 2:1

"Malmö" (İsveç) - "Ludoqorets" (Bolqarıstan) - 1:2

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
24
1
oxu.az

2Sources