UEFA Avropa Liqasında Liqa mərhələsi start götürüb.
İdman.biz bildirir ki, İstanbulun "Fənərbaxça" klubu tur çərçivəsində səfərdə Xorvatiyanın "Dinamo Zaqreb" klubu ilə oynayıb.
Oyunda hesabı 21-cu dəqiqədə meydan sahiblərindən Belyö açıb - 1:0.
25-ci dəqiqədə Şimanski cavab topunu vurub - 1:1. İlk yarı bu hesabla qurtarıb.
İkinci hissədə Belyö 50-ci dəqiqədə oyunda özünün və klubunun ikinci topunu vurub - 2:1. Oyunun 90+5-ci dəqiqəsində Bakrar üçüncü topu İstanbul komandasının qapısından keçirib - 3:1.
Beləliklə, "Fənərbaxça" Liqa mərhələsinin ilk oyununda məğlub olub.