Bakı.
Türkiyə Superliqasında ilk turdan təxirə salınmış görüş baştutub.
Trend-inməlumatına görə, "Kayserispor" öz meydanında "Beşiktaş"laqarşılaşıb.
Sərgən Yalçının komandasının futbolçuları oyuna üstünbaşlayıblar. Artıq 15-ci dəqiqədə Rafael Silva hesabı açaraqqonaqları önə keçirib – 0:1. Rafa Silva 32-ci dəqiqədə dubl edərəkkomandasının ikinci qolunu vurub.
Birinci hissəyə əlavə olunan ilk dəqiqədə Temmi Abraham fərqi üçtopa çatdırıb. 58-ci dəqiqədə isə Silva het-trik edərək hesabı0:4-ə yüksəldib.