EN

“Qəbələ” üç xalı üç qolla qazandı, “Kəpəz” yenə xalsız qaldı

ain.az bildirir, Footbal-plus portalına istinadən.

Qəbələ - Kəpəz (Gəncə) 3:0 (1:0)1. Səlahət Ağayev - 6,013. Nicat Əliyev - 6,0(7. Rüfət Əhmədov, 75) - 5,074. Süleyman Damadayev - 6,027. Eşqin Əhmədov - 5,53. Eduardo Kunde - 6,010. Şahin Şahniyarov - 6,0(22. Fərid İsgəndərov, 81) - qiymətsiz6. Xayme Syerra - 6,512. İbrahim Sanqare - 4,0(30. Prins Ovusu, 31) - 7,016. İsaak Amoah - 6,050. Adriel Ba Loua - 6,514. Domi Massumo - 6,5(21. Ziya Şəkərxanov, 81) - qiymətsizEhtiyat oyunçular94. Həbib Hüşənov11. Asif Məmmədov28. Murad Məmmədov66. Nuğay Rəşidov26. Elnur Mustafayev17. Qədir RamazanovBaş məşqçi: Kaxaber SxadadzeKomandanın ən yaxşısı: Prins Ovusu22. Məmməd Hüseynov - 4,527. Məqsəd İsayev - 5,0(20. Elcan Əbilov, 87) - qiymətsiz29. Dioqo Verdaşka - 4,038. Cefferson Bentu - 4,07. Ehtiram Şahverdiyev - 4,0(17. Ümid Səmədov, 72) - 3,088. Şakir Seyidov - 4,0(77. Fərid Nəbiyev, 59) - 3,56. Pedro Qomeş - 5,511. Vitor Feyjao - 4,5(55. Kresus Donqo, 59) - 4,012. Mahamadu Ba - 5,010. Rinosuke Ohori - 5,09. Luis Paçu - 4,0 (21. Sadiq Şəfiyev, 59) - 3,5Ehtiyat oyunçular1. Kasper Rosa81. Elgün Bayramov99. Əli Səmədov15. Raul Məmmədov23. Fərid Kələntərov66. Arzu Atakişiyev19. Otar AbtsiuariBaş məşqçi: Adil ŞükürovKomandanın ən yaxşısı: Pedro QomeşQollar: A.Ba Loua, 44 (1:0, X.Syerra). P.Ovusu, 59 (2:0, A.Ba Loua). P.Ovusu, 67 (3:0).Hakimlər: KAMAL UMUDLU, Rəhman İmani, Teymur Teymurov, Emin Əliyev (hamısı Bakı).VAR hakimi: Nicat İsmayıllı (Bakı).VAR hakiminin köməkçisi: Şirmamed Mamedov (Bakı).Hakim-inspektor: Rəhim Həsənov (Bakı).AFFA nümayəndəsi: Asif Əliyev (Bakı).20 sentyabr. Qəbələ. Şəhər stadionu. 150 tamaşaçı (4500 yerlik).Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub. Oyunun qiyməti: 5,5.İlk dörd turdan sonra son iki pillədə qərarlaşan komandaların dueli böyük maraqla gözlənilirdi. Axı “Kəpəz” qələbə təqdirində sonuncu pilləni “Qəbələ”yə təhvil verəcəkdi. Digər tərəfdən, məğlubiyyətin Adil Şükürovun postunu itirməsinə səbəb olacağı da əvvəldən bilinirdi. “Kəpəz” bu dəfə də azarkeşlərini məyus etdi – həm oyun, həm də nəticə baxımından. Əslində ilk təhlükəli hücum “Qəbələ”nin qapısı önündə yarandı. Səlahət topu uzaqlaşdırandan sonra Məqsəd boş qalan qapını nişan almağa çalışsa da, Süleyman başla topu çıxardı. 20-ci dəqiqədə isə Ba Louanın ötürməsindən sonra Massumu cərimə meydançasına daxil olar-olmaz qapıya zərbə vurdu, ancaq dirək qola imkan vermədi. Hissənin sonunda - 44-cü dəqiqədə Syerranın baxımlı ötürməsindən sonra eyni dərəcədə gözəl toxunuşla Ba Loua topu qapıdan keçirdi, hesab açıldı. Qonaqlar 2-ci hissəyə hücumlarla başladı. 47-ci dəqiqədə Şakirin ötürməsindən sonra Ohori qapıya qüvvətli olmayan zərbə vursa da, “Qəbələ” üçün təhlükə yaratdı. Bir neçə dəqiqə sonra isə Məqsəd qapını yoxladı, yenə də “çərçivə”yə düşmək mümkün olmadı. 55-ci dəqiqədə Ba “Kəpəz”in növbəti hücumunu sonlandırdı. Onun cərimə meydançası xaricindən vurduğu zərbə “ünvanına çatmadı”. İkinci yarının startından qonaqların qurduğu ardıcıl hücumlara meydan sahibləri qolla cavab verdi. Əks-hücuma çıxan “qırmızı-qaralar” fərqi artırdı. Ba Louanın ötürməsindən sonra Ovusu fərqləndi. 8 dəqiqə sonra isə gəncəlilərin müdafiəsinin dayağı sayılan Verdaşkanın səhvindən sonra Ovusu özünün 2-ci, komandasının 3-cü qolunu vurdu. 85-ci dəqiqədə “Kəpəz” heç olmadığı qədər qola yaxın oldu. Təkbətək zamanı Donqonun zərbəsini dəf edən Səlahət Fəridin qayıdan topuna da doğru reaksiya verdi. Oyunun sonlarında hər iki tərəf, sadəcə, final fitinu gözləyirdi. Beləliklə, “Qəbələ” mövsümdə ilk qələbəsini qazandı, ardıcıl 5-ci oyunda uduzan “Kəpəz” isə baş məşqçisi ilə vidalaşdı.Gözdən qaçmadı*“Xəmsə” “Adil, Erkin səni gözləyir” şüarı səsləndirdi. Final fitindən sonra Adil Şükürovla gəncəli azarkeşlərdən biri arasında ciddi münaqişə yaşandı. Mütəxəssis onu istefa verməyə, evə getməyə səsləyən azarkeşə yaxınlaşaraq “sən məni evə göndərirsən, evində yer var” kimi olduqca qeyri-etik ifadə işlətdi.* Mətbuat konfransında Kaxaber Sxadadzenin tərcüməçisi “Qəbələ”nin mətbuat katibi Elnur Məmmədli idi.MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
45
1
icma.az

2Sources