"Liverpul"un müdafiəçisi Covanni Leoni ciddi zədə alıb.


Rekord.az xəbər verir ki, çarpaz bağları qopan 18 yaşlı futbolçu bir neçə ay yaşıl meydanlardan kənar qalacaq.


O, İngiltərə Liqa Kubokunun 3-cü turunda "Sauthempton"la debüt (1:2) matçında zədələnib.


Leoni "Liverpul"a bu yay "Parma"dan (İtaliya) 31 milyon avroya keçib.


Xatırladaq ki, “Liverpul” UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”ın rəqiblərindən biridir.