EN

ABŞ Hindistanla nüvə enerjisi sahəsində əməkdaşlıq etmək istəyir

ABŞ Hindistanla nüvə enerjisi və bir sıra digər sahələrdə iqtisadi əlaqələri gücləndirməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ energetika naziri Kris Rayt məlumat verib.

"Biz Hindistanla təbii qaz, kömür və nüvə enerjisi kimi sahələrdə enerji əməkdaşlığımızı genişləndirmək istəyirik. Amerikanı neft, qaz və ekoloji təmiz yanacaq sahəsində əməkdaşlıq da maraqlandırır", - nazir qeyd edib.
Chosen
33
3
sherg.az

4Sources