Gəncədə piydanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, hadisə şəhərin H. Əliyev prospektində qeydə alınıb.
"BMW" markalı avtomobil yolu keçmək istəyən kişini vurub. Yaralı yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti orta-ağrdır.
Xəsarət alan şəxsin kimliyi dəqiqləşdirilir.
Faktka bağlı araşdırma başlanılıb.