EN

“Eli Lilly” şirkətinin rəhbəri: Böyük Britaniya dərman qiymətlərinə görə Avropanın “ən pis” ölkəsidir

Bakı, 24 sentyabr, AZƏRTAC

Amerikanın “Eli Lilly” əczaçılıq şirkətinin baş icraçı direktoru Deyv Riks “Financial Times”a verdiyi müsahibəsində bildirib ki, dərman qiymətləri baxımından Böyük Britaniya “yəqin ki, Avropanın ən pis ölkəsidir”.

AZƏRTAC xəbər verir ki, bu açıqlama “Merck” və “AstraZeneca” da daxil olmaqla bir sıra əczaçılıq nəhənglərinin neqativ reaksiyalarnın bir hissəsidir. Onlar mürəkkəb biznes mühiti səbəbindən Böyük Britaniyadakı investisiyalarını ya dayandırıb, ya da azaldıblar.

“Reuters” yazır ki, Riksin sözlərinə görə, əgər qiymətlər artırılmasa və Britaniyada fəaliyyət göstərən şirkətlərin satış gəlirlərinin bir hissəsini dövlət səhiyyə sisteminə ödəməsini tələb edən endirim sxemi ləğv edilməsə, ölkə yeni dərmanlardan məhrum ola bilər.

O, “Financial Times”a müsahibəsində bildirib ki, Böyük Britaniya digər inkişaf etmiş ölkələrlə müqayisədə dərmanlara daha az pul ödəyir: “Əgər vəziyyət dəyişməsə, düşünmürəm ki, onlar çoxlu yeni dərman görəcəklər, həm də investisiya yatırımlarında artım olacağını zənn etmirəm”.

Avqust ayında ABŞ-ın “Eli Lilly” şirkəti Böyük Britaniyaya özünün artıq çəkiyə qarşı preparatı olan “Mounjaro”nun tədarükünü müvəqqəti dayandırdığını açıqlayıb. Bu qərar həmin müalicənin qiymətində 170 faizə qədər artım gözlənildiyi bir vaxtda verilib.

Bu ay isə “Merck” şirkəti Londondakı tədqiqat fəaliyyətini dayandırdığını bildirib, “AstraZeneca” isə Kembricdə yerləşən araşdırma mərkəzi üçün planlaşdırılan 200 milyon funt sterlinq həcmindəki investisiyanı təxirə saldığını bəyan edib.

 

 

Chosen
39
1
azertag.az

2Sources