EN

Moskva məhkəməsi Puqaçovaya qarşı iddianı rədd etdi

Moskva məhkəməsi vəkil və müharibə veteranı Aleksandr Treşevin Alla Puqaçovaya qarşı qaldırdığı iddianı rədd edib.

Axar.az xəbər verir ki, bu barədə məhkəməndən məlumat verilib.

Məlumata görə, veteran Yekaterina Qordyevaya müsahibəsində müğənni Rusiyanın “prezidentini, ordusunu və hüquq-mühafizə orqanlarını ləkələyən” ifadələr işlədib, həmçinin çeçen separatçılarının lideri Cöhvər Dudayevi tərifləyib.

Aleksandr Treşev müğənnidən 1,5 milyard rubl məbləğində mənəvi təzminat tələb edib.

Məhkəmə sənədlərdəki çatışmazlıqlar səbəbindən iddianı rədd etdiyini bildirib.

Chosen
79
axar.az

1Sources