EN

Ucardan Bakıya gəldi, Marani nin qapısını sındırdı: Çaxır içdi, restoranda yatdı

Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ucardan Bakı şəhərinə gəzmək üçün gələn şəxs məşhur restoranın şüşəsini sındırıb və çaxır götürərək içib.

Qaynarinfo-nun məlumatına görə, hadisə Səbail rayonu, Sahil bağı yaxınlığında yerləşən "Marani" restoranında baş verib. 

1980-ci ildə Ucar rayonunun Qaracallı kəndində doğulmuş F.G. gəzmək üçün Bakı şəhərinə gəlib. O, gecə saat 23.00-dək Bulvar ərazisində gəzib və müxtəlif mağazalara daxil olaraq pivə alaraq içib. Pulu qurtardıqdan sonra spirtli içkinin təsiri altında olduğu üçün Sahil bağı yaxınlığında yerləşən yerləşən "Marani" restoranın giriş qapısının şüşəsini daşla sındıraraq, içəri daxil olub. Restoranda heç kimin olmamasından istifadə edərək vitrindəki bazar dəyəri 440 manat olan "Subani Estate" adlı çaxırı götürərək içməyə başlayıb. İçkinin təsirindən restoranda yatıb. 

Onun İnzibati Xətalar Məcəlləsinin 232-1-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxılıb. İclasda məlum olub ki, təqsirləndirilən şəxs yaşadığı Ucar rayonuna getdiyindən məhkəməyə gələ bilməyib. O, məhkəməyə telefonoqram vuraraq maddi imkanı olmadığından prosesdə iştirak edə bilməyəciyini deyib. Təqsirləndirilən şəxs maddi imkanı düzəldikdə ziyanı ödəyəcəyini bildirib. 

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, yəni 440 manat məbləğində cərimə edilib.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
3
5
qaynarinfo.az

6Sources