EN

TikTok Kanadada çox sayda uşağın həssas məlumatlarını toplayır

TikTok Kanadada çox sayda uşağın həssas məlumatlarını toplayır

Kanadada aparılan araşdırmada ölkədə yüz minlərlə azyaşlı istifadəçisi olan sosial media platforması TikTok-un yaş məhdudiyyətlərinə dair tədbirlərinin yetərsiz olduğu və çox sayda uşağın həssas şəxsi məlumatlarını topladığı müəyyən edilib.

Kanada hökuməti ABŞ-da bir müddətdir məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbi ilə satılması və ya bağlanması gündəmdə olan TikTok-a dair apardığı araşdırmanın hesabatını yayıb.

Hesabatda qeyd olunur ki, TikTok-un istifadəçiyə xüsusi məzmun və reklamları müəyyən etmək məqsədilə şəxsi məlumatları toplaması və istifadə etməsi qaydalarının Kanada məxfilik qanunlarına uyğunluğu araşdırılıb.

Hesabatda bildirilib ki, yüz minlərlə azyaşlı Kanada vətəndaşı bu sosial media platformasından istifadə edir və bir çox əyalətdə 13 yaşdan aşağı istifadəçilər üçün tətbiq edilən giriş qadağası TikTok tərəfindən yetərincə təmin edilməyib.

Hesabatda deyilir ki, TikTok-un yetərsiz yaş təhlükəsizlik tədbirləri nəticəsində şirkət çox sayda Kanadalı uşağın həssas hesab edilən şəxsi məlumatlarını toplayıb.

TikTok-un topladığı məlumatlar arasında üz və səs kimi biometrik məlumatların da olduğu bildirilib. Hər il təxminən 500 min azyaşlı istifadəçinin platformadan bloklandığı qeyd edilsə də, yaş müəyyən etmə mexanizminin yetərsizliyi səbəbindən çox sayda uşağın fərq edilmədiyi vurğulanıb.

Chosen
5
afn.az

1Sources