EN

Bu il Bakıda əhali 23,6 milyard manatlıq alış-veriş edib

Bu ilin yanvar-avqust aylarında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 23 milyard 554,6 milyon manat olub.

Bu barədə FED.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə % çoxdur.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 3,7 % artaraq 12 milyard 955,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,3 % artaraq 10 milyard 598,8 milyon manat olub.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə %, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,8 % artıb.

İstehlak məhsullarının 38,3 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 50,3 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,4 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Chosen
23
22
fed.az

10Sources