EN

Kamandar Məcidov: Ondan belə zəif çıxış gözləmirdim MÜSAHİBƏ

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Azərbaycan güləşçiləri, xüsusən də çempion Ülvi Qənizadə çox yaxşı təsir bağışladı”.

Bu sözləri İdman.biz-ə açıqlamasında Azərbaycan əsilli əfsanəvi belarusiyalı güləşçi, olimpiya çempionu, ikiqat dünya və üçqat Avropa çempionu (yunan-Roma güləşi) Kamandar Məcidov Zaqrebdə keçirilən dünya çempionatında güləşçilərimizin çıxışını şərh edərkən deyib.

Məcidov Ülvi Qənizadənin uğurunu xüsusi vurğulayıb:

“Ülvi hər görüşdə bərabər və inamlı mübarizə apardı, layiqincə qalib gəldi. Ardıcıl üçüncü dəfə Avropa və dünya çempionatlarının finalında məğlub etdiyi fransız güləşçiyə həqiqətən yazığım gəlir (gülür)”.

Digər idmançılar barədə isə əfsanəvi güləşçi belə danışıb:

“Həsrət Cəfərovu aqressiyasız gördüm, bu isə yaxşı hal deyil. Məncə, məhz buna görə finalda uduzdu. 82 kiloqram çəki dərəcəsində çıxış edən Qurban Qurbanov isə məni çox məyus etdi. 8:2 hesabı ilə öndə olduğu görüşü necə uduza bilərdi?! Həmişə dözümlü idi, amma bu dəfə tamam başqa bir insana bənzəyirdi”.

Kamandar Məcidov həmçinin İslam Abbasovun çıxışına da münasibət bildirib:

“Doğrusu, ondan belə zəif çıxış gözləmirdim”.

Vüqar Vüqarlı

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
1
icma.az

2Sources