ain.az bildirir, Gununsesi portalına istinadən.
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Darla Nyu-Yorkda görüşüb.
Gununsesi.info xəbər verir ki, bununla bağlı Pakistan XİN rəhbəri “X” hesabında paylaşım edib.
“BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində qardaşım və dostum, xarici işlər naziri Ceyhun Bayramovla görüşmək çox xoş oldu. Pakistan və Azərbaycan tərəfdaşlıqlarını gücləndirməyə və dərinləşdirməyə sadiq qalır”, – paylaşımda deyilir.
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.