EN

Göygöl Milli Parkına direktor təyin olundu

Göygöl Milli Parkına yeni direktor təyin olunub. 

"Cebheinfo.az" xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri səlahiyyətlərini icra edən birinci müavin Rəşad İsmayılovun sərəncamı ilə bu vəzifəyə Yusif Kazımov gətirilib. 

Qeyd edək ki, Y. Kazımov buna qədər nazirliyin tabeliyində olan qurumlarda müxtəlif vəzifələrdə çalışıb. 

O, yeni vəzifəsində Fuad Quliyevi əvəz edib.

"Cebheinfo.az" 

Chosen
22
9
cebheinfo.az

10Sources