EN

İşçilərin gəlir vergisi üzrə güzəştlərin müddəti başa çatır Bu 7 illik güzəşt dövrünün sonu deməkdir

Marja.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

2026-cı ilin 1 yanvar tarixindən etibarən Azərbaycanda özəl sektorda çalışan muzdlu işçilərin gəlir vergisi üzrə tətbiq edilən güzəştlərin müddəti başa çatır. Bu, 2019-cu ildən qüvvədə olan yeddi illik güzəşt dövrünün sonu deməkdir.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən (DVX) bildirilib ki, Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı layihə Milli Məclis tərəfindən qəbul olunduqdan sonra ətraflı məlumat və izahat xarakterli açıqlama veriləcək.

Xatırladaq ki, 2019-cu il yanvarın 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin vergi tutulan aylıq gəlirinin məbləği 8000 manatadək olduqda 0 faiz, vergi tutulan aylıq gəlirinin məbləği 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi həcmində gəlir vergisi tutulur.

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin vergi tutulan aylıq gəlirinin məbləği 2500 manatadək olduqda 14 faiz (əsas iş yerində 2500 manatadək olan aylıq əmək haqqının 200 manat olan hissəsi gəlir vergisindən azaddır), vergi tutulan aylıq gəlirinin məbləği 2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi həcmində gəlir vergisi tutulur.

© APA

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
1
marja.az

2Sources