EN

Kəşfiyyatçı Səyyaf Əhmədov dəfn edildi - YENİLƏNİB

Gizir "Xanı" ləqəbi ilə tanınan Səyyaf Əhmədov Ağdam rayonunun Üçoğlan kəndi ərazisində yerləşən qəbiristanlıqda dəfn edilib.

Qaziler.az "Qafqazinfo"ya istinadən dəfndən görüntüləri təqdim edir.

xxx

13:30

Ötən gün mina partlaması nəticəsində həyatını itirən gizir "Xanı" ləqəbi ilə tanınan Səyyaf Əhmədovun meyiti ailəsinə verilib.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, mərhum Səyyaf Əhmədovla yaşadığı Ağdam rayon Baharlı qəsəbəsindəki evində vida mərasimi keçirilir.

Qeyd edək ki, dünən Ağdam rayonunda mina hadisəsi baş verib.

Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıblar.

Bildirilib ki, Ağdam rayonunun Mirəşelli kəndi ərazisində 2025-ci il 23 sentyabr tarixində mina hadisəsi baş verib. 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Chosen
20
9
qaziler.az

10Sources