EN

İspaniyanın müdafiə naziri Kalininqrad səmasında problemlə üzləşib

Hurriyyet.az xəbər verir ki, İspaniyanın müdafiə naziri Marqarita Roblesin içərisində olduğu təyyarə Kalininqrad yaxınlığında uçarkən problemlərlə qarşılaşıb.

Hadisə sentyabrın 24-də baş verib. İspaniya Hərbi Hava Qüvvələrinə məxsus A330 markalı təyyarənin GPS sisteminə müdaxilə cəhdi edilib. Naviqasiya sisteminin işini pozmaq üçün müdaxilə edildiyi zaman təyyarə Litvanın Şyaulyay aviabazası istiqamətində uçurmuş. "Democrata" nəşrinin yazdığına görə, insidentin məqsədi hərbi təyyarənin GPS sistemini sıradan çıxarmaq olsa da, yüksək texniki təchizata malik təyyarənin işinə zərər vura bilməyib.

Hürr Tərcüman

 

Chosen
64
hurriyyet.az

1Sources