EN

“Qarabağ”ın oyununa biletlər satışa çıxdı

Premyer Liqanın 6-cı turunda “Qəbələ” ilə qarşılaşacaq “Qarabağ”ın ev oyununun biletləri satışa çıxarılıb. 

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlər saat 12:00-dan etibarən satışdadır. 

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Satış məntəqələrinə gəlincə, oyunu izləmək istəyənlər biletləri “iTicket.az”-dan onlayn sifariş verə, oyun günü isə həm də “Azersun Arena”nın kassasından ala bilərlər.

Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” oyunu 26 sentyabrda keçiriləcək. “Azersun Arena”da baş tutacaq matç saat 19:00-da başlayacaq.

Chosen
12
5
idmanxeber.az

7Sources