EN

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan Respublikasının Gənclər Fondunun “Rəqəmsal” mövzulu qrant müsabiqəsi çərçivəsində “SmartYurd – veb saytının yaradılması” adlı layihə uğurla həyata keçirilib.

Universitetdən Marja.az-a verilən məlumata görə, layihə nəticəsində Qarabağ Universiteti tələbələri üçün yataqxana həyatını rəqəmsallaşdıran “SmartYurd” (smartyurd.az) platforması istifadəyə verilib.

“SmartYurd” Qarabağ Universitetinin tələbələri üçün xüsusi olaraq hazırlanmış müasir rəqəmsal yataqxana idarəetmə sistemidir. Veb saytın əsas məqsədi yataqxana ilə bağlı prosesləri optimallaşdırmaq, tələbələr üçün daha rahat, şəffaf və səmərəli bir mühit yaratmaqdır.

Universitetin rəqəmsal transformasiya strategiyasının bir hissəsi olan “SmartYurd” layihəsi, tələbələrin gündəlik həyatını asanlaşdırmaqla yanaşı, idarəetmədə çevikliyin və səmərəliliyin artırılmasına da mühüm töhfə verəcək. Bu yenilikçi platforma tələbə məmnuniyyətini artırmaq və onlara müasir standartlara uyğun yaşayış təcrübəsi təqdim etmək istiqamətində atılmış mühüm bir addımdır.

Layihənin rəhbəri Qarabağ Universitetinin Keyfiyyətin təminatı və strateji inkişaf şöbəsinin müdiri Heydər Rzayev, layihənin koordinatoru isə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin ikinci kurs tələbəsi Fərid Fətullayevdir.

SmartYurdQarabağ UniversitetiyataqxanarəqəmsalplatformaHeydər RzayevFərid Fətullayev
Chosen
5
5
marja.az

6Sources