EN

Azərbaycan sülhün müdafiəçisi kimi dünyaya söz sahibidir



"Prezident İlham Əliyev, Avropa Şurasının Baş katibi ilə BMT‑də qarşılaşarkən göstərdi ki, Azərbaycan təkcə öz inkişafının şahidi deyil, beynəlxalq ədalətin, insan haqlarının və sülhün müdafiəçisi kimi də dünyaya söz sahibidir".

Newscenter.az xəbər verir ki, bunu "Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" ictimai birliyinin sədri Susana Məmmədova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşünə nəzər yetirərkən deyib. O bildirib ki, bu görüş — xalqımızın uğuru, dövlətimizin nüfuzu və dünyanın bizi dəyərləndirməsi üçün atılan yeni bir addımdır:

"Bu görüşün əzəməti və diplomatik dərinliyi gözardı olunmaz — burada yalnız dövlətlər arasında protokol deyil, millətin iradəsi, haqq uğrunda duruşu danışır".

Anar Əliyev
Chosen
7
1
newscenter.az

2Sources