EN

Baş nazirin müavini İrana səfər edib

Azərbaycan Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən sədri Şahin Mustafayev İrana səfəri çərçivəsində Şərqi Azərbaycan Əyalətinin mərkəzi Təbriz və Culfa şəhərlərində olub.

“Bakuinfo” xəbər verir ki, Mustafayevin əyalətin valisi Bəhram Sərmətslə görüşü baş tutub.

Görüşdə əyalətin Azərbaycan-İran əlaqələrində mühüm rolu vurğulanıb və Azərbaycanın regionları ilə iqtisadi-ticari əməkdaşlığının genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Ş.Mustafayev əyalətə səfəri çərçivəsində İranın yol və şəhərsalma naziri, Dövlət Komissiyasının İran tərəfindən sədri Fərzanə Sadeqlə birgə Araz dəhlizi üzrə həyata keçirilən Ağbənd-Kəlalə körpüsünə, Culfa-Kəlalə yoluna da baş çəkərək körpünün tikintisi və yolun genişləndirilməsinin icra vəziyyəti ilə yerində tanış olub.

Həmçinin səfər çərçivəsində tikilməsi nəzərdə tutulan Ordubad-Siyahrud körpüsünün yerləşmə nöqtəsi üzrə mövcud imkanlar müzakirə edilib və yerləşmə ərazisinə baxış keçirilib.

Chosen
24
3
bakuinfo.net

10Sources