EN

Azərbaycanda ilk dəfə olaraq ABB Group şirkətinin məhsulları istehsal ediləcək

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “Eel Electric” MMC ilə ABB Group (Türkiyə) arasında Modulyar Panel Sistemlərinin quraşdırılmasına dair Müqavilə imzalanıb. Müqaviləni “Eel Electric” MMC-nin direktoru Vüsal Mirzəyev və şirkətin ölkə meneceri Mahmud Rzayev imzalayıblar.

Birgə əməkdaşlıq çərçivəsində tərəflər “Eel Electric” MMC-nin Ağdam Sənaye Parkında yerləşən müəssisəsində dünyanın ən tanınmış brendlərindən hesab edilən ABB markalı orta və alçaq gərginlikli elektrik yuvalarının istehsalını həyata keçirəcəklər. İstehsal prosesi “ABB Group” şirkətinin qabaqcıl texnologiyası əsasında təşkil ediləcək.

140 ildən çox təcrübəyə malik “ABB Group” şirkəti dünyada elektrikləşdirmə və avtomatlaşdırma sahəsində qlobal texnologiya lideridir. Şirkətin dünya üzrə 110 mindən artıq işçisi var.

Qeyd edək ki, “Eel Electric” MMC Ağdam Sənaye Parkının 1,7 hektar ərazisində elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı ilə məşğul olur.

Müəssisənin illik gücü 600 ədəd ortagərginlikli qurğu, 600 ədəd aşağıgərginlikli qurğu, 150 ədəd monoblok beton yarımstansiya və elektrik avtomobilləri üçün 140 ədəd şarjdoldurma avadanlığın istehsalıdır.

Chosen
3
5
operativmedia.az

6Sources