Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.
İsrail UEFA-nın sanksiyasına məruz qalmayacaq.
QOL.az xəbər verir ki, bu barədə "Israelhayom" onlayn nəşri məlumat yayıb.
Bildirilir ki, ABŞ-ın UEFA rəhbərliyinə göstərdiyi təzyiqdən sonra İsrailin milli komandaları və klubları beynəlxalq turnirlərdən uzaqlaşdırılmayacaq.
Mənbənin məlumatına görə, İsrailə bir çox diplomatlar, futbol assosiasiyalarının nümayəndələri və idman sahəsində yüksək vəzifəli şəxslər tərəfindən də yardım göstərilib. Hazırda İsrail Futbol Assosiasiyası Avropa yarışlarından uzaqlaşdırılmaqdan yayına bilib.
Belə bir sanksiya İsrailin Qəzzaya hərbi hücumuna görə gündəmə gəlmişdi.
Qeyd edək ki, daha əvvəl Rusiyanın bütün komandaları, o cümlədən milli yığmaları, Ukraynaya hücumla əlaqədar FİFA və UEFA qərarı ilə beynəlxalq turnirlərdən uzaqlaşdırılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.