EN

Bakıda Xüsusi Olimpiya Festivalı keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Bakıda Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Xüsusi Olimpiya Festivalı keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov, eləcə də millət vəkilləri, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Festivalın məqsədi əlilliyi olan şəxslərin idmana cəlb edilməsi və cəmiyyətə inteqrasiyasının təşviq edilməsidir.
Qeyd edək ki, Azərbaycanda Xüsusi Olimpiya Komitəsi 1990-cı ildən fəaliyyət göstərir və həmin il xüsusi olimpiya idmançılarımız ölkəmizi ilk beynəlxalq yarışda təmsil ediblər. Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi 12 idman növü üzrə fəaliyyət göstərir.
Murad Həsənov
Chosen
59
oxu.az

1Sources