Son 5 ildə iqtisadi əməkdaşlıq sahəsində münasibətlərimiz intensivləşib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O əlavə edib ki, iqtisadi əməkdaşlıq sahəsində münasibətlərimiz son 5 ildə intensivləşib, 24 dəfə artıb, 20 milyon dollardan 560 milyon dollara çatıb:
"Lakin bu bizim real potensialıməzdan çox-çox aşağıdır.
Hökümətlərimizim bu göstəricilərin inkişafında çox maraqlıdır".