EN

Baş məşqçinin evi qarət olundu

Portuqaliya millisinin baş məşqçisi Roberto Martinesin Kaskais qəsəbəsindəki evi qarət olunub.

Tribunainfo.az xəbər verir ki, bu barədə “The sun” nəşri yazıb.

Bildirilib ki, oğrular evə daxil olaraq bir milyon avrodan çox dəyəri olan qızıl-zinət əşyaları və bahalı saatları aparıblar.

Qeyd edək ki, Roberto Martines 2023-cü ildən Portuqaliya yığmasını çalışdırır.

Chosen
14
11
tribunainfo.az

10Sources