Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin ilk turuna start veriləcək.
İdmanxeber.az-ın məlumatına görə, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbağça” səfərdə “Dinamo” (Zaqreb) ilə üz-üzə gələcək. Görüş Azərbaycandan da canlı yayımlanacaq.
Azarkeşlər qarşılaşmanı TRT 1 və İTV-dən birbaşa izləyə biləcəklər.
Xatırladaq ki, “Dinamo” – “Fənərbağça” matçı saat 23:00-da start götürəcək.