Bakı. Trend:
Cari ilin ilk yarısından Azərbaycandan fiziki şəxslər tərəfindənHindistana həyata keçirilmiş pul köçürmələrinin həcmi 1,194 milyon(ABŞ) dollar təşkil edib.
Trend bu barədəAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 44 min ABŞdolları və ya 3,3 faiz azdır.
Məlumata əsasən, hesabat dövrü ərzində Azərbaycandan ölkəxaricinə edilmiş pul köçürmələrinin ümumi həcmində Hindistanın payı0,5 faiz təşkil edir.
2024-cü ilin ilk yarısında Azərbaycandan olan fiziki şəxslərinHindistana etdiyi pul köçürmələrinin ümumi məbləği 1,235 milyon ABŞdollarına bərabər olub.
Ümumilikdə isə 2025-ci ilin ilk 6 ayı ərzində Azərbaycandanxaricə göndərilən pul köçürmələrinin həcmi 238,180 milyon ABŞdolları təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü iləmüqayisədə 21,420 milyon ABŞ dolları və ya 8,2 faiz azdır.
Hesabat dövründə fiziki şəxslərin xaricdən Azərbaycana həyatakeçirdiyi pul köçürmələrinin həcmi 533,957 milyon ABŞ dollarıtəşkil edib ki, bu da 2024-cü ilin ilk yarısı ilə müqayisədə 33,847milyon ABŞ dolları və ya 6 faiz azdır.