EN

İranlı general Bakı və İrəvanı təhdid etdi

ain.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İran öz sərhədlərində heç bir səhvə və təhdidə dözməyəcək və bu bölgələrdə sabitlik Tehranın “qırmızı xətti”dir”.

Tribunainfo.az xəbər verir ki, bunu iranlı general Əbülfəzl Şikarçı Qafqazda baş verən hadisələr barəsində danışarkən deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan başqa dövlətlərin təsiri altına düşməməli, müstəqil şəkildə hərəkət etməlidirlər. “Azərbaycan və Ermənistanı üçüncü ölkələrin təsirinə düşməməyə və münaqişələri sülh yolu ilə həll etməyə çağırıram”.

O daha sonra iddia edib ki, bəzi bölgələrdə İranın sərhəd əraziləri zərər görüb. “Bu da “qırmızı xəttin” pozulmasıdır”.

Şikarçı yekunda onu da deyib ki, qonşu ölkələr İranın mehriban qonşuluq siyasətindən sui-istifadə edilməməlidir. “Təhdidlərə qarşı sərt cavab veriləcək”.

P.S. İran rejiminin bu cür davranışları heç bir məntqiə sığmır. Bu bəyanat o zaman verilib ki, Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və nümayəndə heyətimiz İranda səfərdədirlər. İranın dövlət nazirlərinin iştirakı ilə bir sıra iri layihələrin icrası ilə əyani tanış olublar. Mustafayev bu ölkənin prezidenti ilə görüşüb və bir çox önəmli açıqlamalar verilib. Bunun fonunda burnu fırtıqlı general durub Azərbaycanı təhdid edir. Bu siyasətdə nə məntiq var, nə də ağıl.

Fərda Uğur

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
1
tribunainfo.az

2Sources