EN

Kəşfiyyatçı "Gizir Xanı" dəfn edilib - YENİLƏNİB

Ötən gün mina partlaması nəticəsində həlak olan ehtiyatda olan gizir Səyyaf Əhmədovla ("Gizir Xanı") Ağdam rayonu Baharlı qəsəbəsindəki evində vida mərasimi keçirilib.
 
Moderator.az xəbər verir ki, vida mərasimindən sonra "Gizir Xanı" Ağdamın Üçoğlan kəndi ərazisindəki qəbiristanlıqda dəfn olunub.
 
12:38
 
Xəbər verdiyimiz kimi, ötən gün kəşfiyyatçı "Xanı" kimi tanınan Səyyaf Əhmədov minaya düşərək həlak olub.
 
Moderator.az-ın məlumatına görə, Ağdam rayonunda mərhum kəşfiyyatçı ilə vida mərasimi keçirilir.
 
Qeyd edək ki, mina hadisəsi Ağdam rayonunun Mirəşelli kəndində baş verib. 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub. Onun nəşi ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Chosen
26
11
moderator.az

10Sources