EN

Gədəbəydəki AĞIR qəzada xəsarət alanların SON DURUMU

Gədəbəy rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən News24.az -a verilən məlumata görə, sentyabrın 24-də saat 08:15 radələrində Gədəbəy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 16 nəfər (qadın cinsli) müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub:

"Bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları ilə 3 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasına və 13 nəfər isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar. Zəruri tibbi yardım göstərilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb".

"Müalicəsi tibb müəssisələrində davam etdirilən pasiyentlərdən 10 nəfərin vəziyyəti stabil, 3 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda qeyd edilib.

Xeyrənsə Piriyeva


Chosen
91
4
news24.az

5Sources