EN

Çili prezidenti Netanyahu nun parçalanmasını görmək istəmədiyini deyib

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Çili Prezidenti Qabriel Borik bildirib ki, İsrailin Baş naziri Binyamin Netanyahu beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdır.

Bizimyol.info xəbər verir ki, bu bəyanatını o, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edərkən edib.

Çili lideri, İsrail Müdafiə Ordusunun Qəzza əməliyyatını qınayıb. Borikin sözlərinə görə, o, Netanyahu və onun ailəsinin raket zərbəsindən öldürülməsini istəmir, ancaq baş nazirin beynəlxalq məhkəməyə verilməli olduğunu vurğulayıb.

"Bizim problemlərimizdən biri odur ki, ağrı nifrət yaradır, amma biz bu ağrıyla mübarizə aparmalı və onu dəf etməliyik. Mən Netanyahu və onun ailəsinin raket zərbəsindən parçalanmasını görmək istəmirəm, mən Netanyahu və fələstin xalqına qarşı soyqırımı törədənləri Beynəlxalq Məhkəmədə görmək istəyirəm", - deyə Borik bildirib.

Bundan əlavə, Borik BMT-dəki "tarixi cinsiyyət bərabərsizliyini" tənqid edib. O, qeyd edib ki, BMT-nin 80 illik tarixində hələ heç vaxt qadın Baş katib olmamışdır. Borik, Çili keçmiş Prezidenti Mişel Baçeleti Baş katibliyə namizəd göstərəcəyini açıqlayıb.

"O, təşkilatın irəliləyişini təmsil etməlidir və bilməlidir ki, qadınların rəhbər vəzifə tutması yalnız bərabərliyin simvolu deyil, həm də dünyanın yarısından çoxunu təşkil edən qadınların hər bir sahəni əldə edə biləcəyini və onların üçün heç bir qadağan olunmuş sahə olmadığını reallığa çevirməkdir", - deyə o əlavə edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
55
bizimyol.info

1Sources