EN

Qırğızıstandan Azərbaycana fiziki şəxslər tərəfindən edilən pul köçürmələrinin həcmi artıb

Cari ilin ilk altı ayında Qırğızıstandan olan fiziki şəxslərin Azərbaycana həyata keçirdiyi pul köçürmələrinin həcmi 1,7 milyon ABŞ dolları təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 387 min dollar və ya 30 faiz çoxdur.

Kommersant.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata əsasən ölkə xaricindən Azərbaycana edilmiş pul köçürmələrinin ümumi həcmində Qırğızıstandan köçürmələrin payı 0,3 faiz təşkil edir.

2024-cü ilin ilk yarısında fiziki şəxslər tərəfindən Qırğızıstandan Azərbaycana edilmiş pul köçürmlərinin həcmi 1,3 milyon dollar təşkil edib.

Ümumilikdə isə 2025-ci ilin ilk 6 ayı ərzində Azərbaycandan xaricə göndərilən pul köçürmələrinin həcmi 238,180 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 21,420 milyon ABŞ dolları və ya 8,2 faiz azdır.

Chosen
15
2
kommersant.az

3Sources