EN

Çində bu səbəbdən 2 milyon insan təxliyə olunub

Dağıdıcı Raqasa super-tayfununun yaxınlaşması ilə əlaqədar Çinin cənubunda yerləşən Quanqdonq əyalətindən 2 milyona yaxın insan təxliyə olunub.

Bu barədə Olaylar.az xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, "Qasırğaların şahı" adlandırılan super-tayfunun təkcə Juhay şəhərinə gün ərzində bir aylıq yağıntı normasını gətirəcəyi proqnozlaşdırılır.

Artıq qasırğa Tayvanda böyük dağıntılara və insan itkilərinə səbəb olub. Azı 14 nəfərin həyatını itirdiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
11
olaylar.az

1Sources