EN

Qırğızıstandan Azərbaycana fiziki şəxslər tərəfindən edilən pul köçürmələrinin həcmi artıb

Bakı. Trend:

Cari ilin ilk altı ayında Qırğızıstandan olan fiziki şəxslərinAzərbaycana həyata keçirdiyi pul köçürmələrinin həcmi 1,7 milyonABŞ dolları təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 387min dollar və ya 30 faiz çoxdur.

Trend bu barədəAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata əsasən ölkə xaricindən Azərbaycana edilmiş pulköçürmələrinin ümumi həcmində Qırğızıstandan köçürmələrin payı 0,3faiz təşkil edir.

2024-cü ilin ilk yarısında fiziki şəxslər tərəfindənQırğızıstandan Azərbaycana edilmiş pul köçürmlərinin həcmi 1,3milyon dollar təşkil edib.

Ümumilikdə isə 2025-ci ilin ilk 6 ayı ərzində Azərbaycandanxaricə göndərilən pul köçürmələrinin həcmi 238,180 milyon ABŞdolları təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü iləmüqayisədə 21,420 milyon ABŞ dolları və ya 8,2 faiz azdır.

Chosen
19
2
az.trend.az

3Sources