EN

Erhan Toker: “Optimal formada olmağa çalışacağıq”

Apasport saytından alınan məlumata görə, ain.az bildirir.

"Abşeron Lions" basketbol klubu hazırda ən yüksək formasında deyil".

Apasport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Erhan Toker mətbuat xidmətinə açıqlama verib.

Türkiyəli mütəxəssis bu gün Kipr təmsilçisi "Anortosis"ə qarşı keçirəcəkləri Avropa Kubokun I təsnifat mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Çox vacib bir matça çıxacayıq. Liqa başlamamışdan əvvəl Avropa səhnəsində təsnifat görüşü oynamaq bir qədər çətindir. Təbii ki, tam anlamda ən yüksək formamızda deyilik. Bacardığımız qədər matç saatınadək ən optimal formada olmağa çalışacağıq".

Toker səhvləri və zəif tərəflərini yalnız bu qarşılaşmada görəcəklərini söyləyib:

"Səfərə sərfəli nəticə ilə yollanmaq istəyirik. Rəqibin heyətinə gəlincə, legionerlərlə yanaşı 3-4 yerli oyunçuları da var. Ötən il də heyətdə yer alıblar. Ümid edirəm hər şey biz istəyən məcrada davam edəcək".

Qeyd edək ki, bu gün Bakı İdman Sarayında keçiriləcək "Abşeron Lions" - "Anortosis" oyunu saat 19:00-da start götürəcək. Komandalar arasındakı ikinci görüş oktyabrın 1-də Limassolda baş tutacaq.

ABŞ-li basketbolçu “Sərhədçi”də

NTD-də amerikalı basketbolçu

Azərbaycan Basketbol Liqası hakimləri üçün yeni mövsüm öncəsi son seminar keçirilib

ABŞ-li basketbolçu "Sərhədçi"də

“Sumqayıt”dan yeni transfer

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
5
apasport.az

6Sources