EN

Papuaşvili: Gürcüstan keç kimin oyuncağı deyil

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Avropa Komissiyası anlamalıdır ki, Gürcüstan heç kimin oyuncağı deyil, gürcülərin həyat və sağlamlığı Brüssel üçün oyuncaq deyil”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa Komissiyasının mətbuat katibinin ötən gün səsləndirdiyi bəyanatı jurnalistlərə şərh edərkən deyib.

Spiker komissiya nümayəndəsi tərəfindən oktyabrın 4-də Tbilisidə müxalifətin elan etdiyi zorakı mitinqə həmrəyliyin ifadə olunmasını fəlakət adlandırıb.

“Bu bəyanat “Milli Hərəkat”ın təşkil edəcəyi mitinq nəticəsində baş verə biləcək zorakılığa görə birbaşa məsuliyyətin bölüşdürülməsidir. Oktyabrın 4-də hər hansı bir zorakılıq törədilərsə, kimsə polisə bir daş belə atarsa, Avropa Komissiyası öz mətbuat katibinin timsalında bu zorakılığa görə məsuliyyəti bölüşəcək”, - Ş.Papuaşvili söyləyib.

Qeyd edək ki, Avropa Komissiyasının mətbuat katibi Anita Hipper ötən gün bildirib ki, gürcü xalqının dinc etiraz etmək hüququ var və Gürcüstan hakimiyyəti onun səsini eşitməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
26
2
sherg.az

3Sources