EN

Tramp indi Putinə deyil, mənə inanır - Zelenski

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı etibarsız məlumatlar verdiyinə görə Rusiya Prezidenti Vladimir Putinə daha az etimad göstərməyə başlayıb.

Aktual.az xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski deyib.

O bildirib ki, Kreml rəhbəri döyüş meydanındakı vəziyyətlə bağlı həqiqətdən uzaq məlumatları Trampla bölüşüb və guya ərazilər zəbt etməsi ilə öyünüb:

"İndi o, (Tramp) daha çox mənə inanır. Çünki mənim kəşfiyyatımda olan və bizim tərəfdaşlarımızla paylaşdığımız məlumatlar fərqlidir”.

Chosen
24
3
ulusum.az

4Sources