Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetri 390 ABŞ dollarından yuxarı səviyyədə ticarət olunur.
“APA-Economics” xəbər verir ki, 24 sentyabr TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə oktyabr fyuçerslərinin qiyməti 393,8 dollar təşkil edib, bu da əvvəlki hesablama qiyməti (393,6 dollar) ilə müqayisədə 0,1% çoxdur.
Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.