AZ

Avropada təbii qazın qiyməti 390 dolları ötüb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 390 ABŞ dollarını ötüb.

APA-Economics” xəbər verir ki, 23 sentyabr TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə oktyabr fyuçerslərinin qiyməti 390,7 dollar təşkil edib, bu da əvvəlki hesablama qiyməti (387,4 dollar) ilə müqayisədə 0,8% çoxdur.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Seçilən
45
7
apa.az

10Mənbələr