PSJ ispan yarımmüdafiəçisi Fabian Ruislə müqaviləni uzatmağı planlaşdırır.
İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı futbolçunun sözləşməsi 2027-ci ilə qədərdir. Paris təmsilçisi isə anlaşmanı 2029-cu ilə qədər yeniləmək istəyir.
“Yuventus”, “Atletiko” və “Betis”in marağına baxmayaraq, Ruis Parisdə qalmaq niyyətindədir. O, cari mövsümdə 7 oyunda 1 qol və 2 assistlə yadda qalıb.