EN

FİFA da inqilabi dəyişiklik müzakirədə: 64 komandalıq Dünya Kuboku

Azxeber.com saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

FİFA 2030-cu ildə keçiriləcək Dünya Kubokunun 64 komandalıq turnirə çevrilməsi ilə bağlı Cənubi Amerika nümayəndələrinin təklifini dəyərləndirib.

AZXEBER.COM xəbər verir ki, Nyu-Yorkdakı "Trump Tower”də baş tutan görüşdə FİFA prezidenti Canni İnfantino və qurumun baş katibi Mattias Qrafström Paraqvay və Uruqvay dövlət başçıları, eləcə də Argentina Futbol Federasiyasının prezidenti Çiki Tapia ilə müzakirələr aparıblar.

Təklif ilk dəfə Uruqvay Futbol Assosiasiyasının rəhbəri İqnasio Alonso tərəfindən irəli sürülüb. Məqsəd 1930-cu ildə Uruqvayda keçirilmiş ilk mundialın 100 illiyini xüsusi formada qeyd etməkdir. Cənubi Amerika rəsmiləri bildiriblər ki, 64 komandalıq format yalnız bir dəfəlik tətbiq oluna bilər.

Lakin ideya Avropadan ciddi etirazla qarşılanıb. UEFA prezidenti Aleksandr Çeferin bunu "pis ideya” adlandırıb. KONKAKAF rəhbəri Viktor Montalyani də planın turnirə və təsnifat mərhələsinə zərər verəcəyini söyləyib.

Qeyd edək ki, hazırkı formatda 2026 Dünya Kuboku 48 komanda ilə keçiriləcək. 2030 mundialı isə İspaniya, Portuqaliya və Mərakeşlə yanaşı, Paraqvay, Argentina və Uruqvayda baş tutacaq.

Zəfər Hacılı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
azxeber.com

1Sources