EN

“Super” dəhşət BAŞLAYIB: Ölənlər var

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Tayvanda dünən axşam saatlarından etibarən təsirli olan “Supertayfun Ragasa”nın səbəb olduğu sel nəticəsində 14 nəfərin həyatını itirdiyi bildirilib. 

"Cebheinfo.az"-ın Tayvanın CNA xəbər agentliyinə istinadən məlumatına görə, adanın şərqində yerləşən Hualien vilayətinin Gangfu qəsəbəsindəki Mataian Set Gölü güclü yağışlar səbəbindən daşaraq yaşayış məntəqələrini su altında qoyub. Yerli fövqəladə hallar xidməti sel nəticəsində 14 nəfərin öldüyünü, 18 nəfərin yaralandığını və 30 nəfərin itkin düşdüyünü açıqlayıb. 

Həyatını itirənlərin əksəriyyətinin evlərini vaxtında tərk edə bilməyən yaşlı insanlar olduğu qeyd edilib. Sel səbəbindən su səviyyəsi evlərin birinci mərtəbəsinə qədər yüksəlib, küçələr palçıq və lil ilə örtülüb. Qanqfu qəsəbəsinin dəmiryolu stansiyası istifadəyə yararsız hala düşüb, Matai’an çayı üzərindəki avtomobil körpüsü isə uçub. Fövqəladə hallar xidmətləri Qanqfu, Fenqlin və Vanronq qəsəbələrində yaşayan 3 mindən çox insanı təxliyə edib. 

“Super Tayfun Ragasa” gecə saatlarında Çinin cənub sahillərinə 100 kilometr yaxınlaşarkən Honq Konq Xüsusi İdarəetmə Bölgəsi və Quanqdonq vilayətində ən yüksək səviyyədə həyəcan siqnalı verilib. Honq Konq Rəsədxanası tayfunun yerli vaxtla 06:00–09:00 arasında şəhərin yaxınlığından keçəcəyini bildirərək fırtına xəbərdarlığını ən yüksək səviyyə olan 10-a qaldırıb. Şəhərdəki bütün ibtidai, orta və lisey məktəbləri bu gün və sabah üçün bağlanıb, təxminən 600 uçuş ləğv edilib, bəzi qatar reysləri dayandırılıb. 

Çindəki Quanqdonq vilayəti də 4 mərhələli tayfun xəbərdarlıq sistemində ən yüksək səviyyə olan 1-ci dərəcəli həyəcan siqnalı elan edib. Çin Meteorologiya Mərkəzi tayfunun bu gün günortadan sonra vilayətdə təsirli olacağını, güclü külək, yağış və yüksək dalğaların sabah axşama qədər davam edəcəyini açıqlayıb. 

Vilayətdə sel təhlükəsi olan bölgələrdə yaşayan 371 mindən çox insan təxliyə edilib, helikopterlər, dronlar, 23 gəmi və 38 min fövqəladə hallar işçisi müdaxilə üçün hazır vəziyyətdə gözləyir. 10 şəhərdə məktəblər, iş yerləri, supermarketlər və ictimai nəqliyyat sistemləri bağlanıb, internet və texnologiya şirkətlərinin yerləşdiyi Şıncın şəhərində 529 uçuş ləğv edilib. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
35
1
cebheinfo.az

2Sources