EN

Ermənistanda icma rəhbəri öldürülüb

Ermənistanda "Aprelu Yerkir" müxalifət partiyasının nümayəndəsi, Parakar icmasının rəhbəri Volodya Qriqoryan ötən gecə evinin yaxınlığında güllələnərək öldürülüb.

Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı Qriqoryanın dostu – kriminal polis əməkdaşı da həlak olub, daha bir nəfər isə yaralanıb. 

Ermənistan DİN-nin məlumatına görə, cinayəti tək bir killer törədib və hadisə yerindən qaçıb.

Qeyd olunub ki, Ermənistanın Baş naziri Nikol Paşinyan qətli pisləyib və Daxili İşlər Nazirliyindən cinayətin açılmasını tələb edib.

 

Daşqın HəsənovMissiya.Az

 

Chosen
16
2
missiya.az

3Sources