EN

Azərbaycanda aviasiya hadisələrinin araşdırılması üzrə yeni komissiya və qaydalar təsdiqləndi

"Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın Əsasnaməsi"nin və "Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi və fəaliyyət Qaydası"nın təsdiq edilib.

Day.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu qərarla, aviasiya təhlükəsizliyinin təmin olunması sahəsində mühüm institusional dəyişikliklər həyata keçirilib. Əvvəlki normativ sənədlər ləğv edilərək, daha müasir və beynəlxalq təcrübəyə uyğun araşdırma və tənzimləmə mexanizmləri müəyyənləşdirilib.

Yeni daimi komissiyanın yaradılması, aviasiya hadisələrinin və insidentlərinin operativ, şəffaf və səmərəli şəkildə araşdırılmasına xidmət edəcək. Bu, həm də mülki aviasiyada təhlükəsizlik standartlarının artırılması məqsədini daşıyır.

Eyni zamanda, komissiyanın Əsasnaməsitərkibi və fəaliyyət qaydaları artıq rəsmi şəkildə hüquqi baza qazanıb ki, bu da aviasiya sektorunda baş verə biləcək fövqəladə hadisələrin düzgün qiymətləndirilməsinə və gələcəkdə onların qarşısının alınmasına yönəlib.

Qərara əsasən:

 

"Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın Əsasnaməsi" təsdiqlənib.

Komissiyanın tərkibi təsdiq edilib.

Komissiyanın fəaliyyət Qaydası təsdiq edilib.

2008-ci ildə qəbul olunmuş "Aviasiya qəzası və ya insidenti barədə məlumatın verilməsi Qaydası" ləğv edilib.

2009-cu il tarixli "Aviasiya qəzalarını və insidentlərini araşdıran komissiyanın fəaliyyət göstərməsi Qaydaları" da ləğv edilib.

Chosen
35
9
day.az

10Sources