EN

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə akademik Mustafa Topçubaşovun 130 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Bakı. Trend:

Səhiyyə Nazirliyi və nazirliyin akademik M.A.Topçubaşov adınaElmi Cərrahiyyə Mərkəzinin birgə təşkilatçılığı ilə sentyabrın24-də görkəmli cərrah-alim, ictimai və dövlət xadimi Mustafa bəyAğabəy oğlu Topçubaşov 130 illiyinə həsr olunmuş beynəlxalqelmi-praktik konfrans keçirilib.

Trend xəbər verir ki,beynəlxalq konfransda Azərbaycan Respublikası Prezidenti AparatınınHumanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlərşöbəsinin müdiri Fərəh Əliyeva, Səhiyyə Nazirliyi, Azərbaycan MilliElmlər Akademiyasının (AMEA) rəhbər şəxsləri, həmçinin Azərbaycan,Türkiyə və Gürcüstanın tanınmış alimləri iştirak ediblər.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib.

Tədbiri açılışında çıxış edən səhiyyə naziri Teymur Musayevelmi-praktik konfransın Azərbaycan Respublikası Prezidenti İlhamƏliyevin “Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsihaqqında” Sərəncamından irəli gələn vəzifələr çərçivəsində təşkiletdiyini vurğulayıb. Nazirin sözlərinə görə, görkəmli alimin elmidühası geniş spektrli, çoxsahəlidir: “Akademik Mustafa Topçubaşovtəkcə öz dövrünün deyil, Azərbaycan səhiyyə və tibb elminintarixində adı əbədi həkk olunmuş alimdir”.

Görkəmli alimin beynəlxalq miqyasda qazandığı nailiyyətlərixüsusilə vurğulayan nazir bildirib: "Cərrahların Lissabondakeçirilən XI Beynəlxalq Konqresində akademik Mustafa TopçubaşovBeynəlxalq Cərrahlar Assosiasiyasının üzvü seçilib. Bu da görkəmlialimin simasında dünya miqyasında Azərbaycan cərrahlıq elminəverilən yüksək dəyərdir".

Diqqətə çatdırılıb ki, akademikin "Analgezin" adlı ağrıkəsicikəşfi İkinci Dünya müharibəsi illərində əvəzsiz xidmət göstərib:“Hətta tanınmış Sovet akademiki Pyotr Kupriyanov bu kəşfi "Bakıneftinin müharibədə tanklara verdiyi töhfəyə" bənzətmişdir”.

Teymur Musayev akademik Mustafa Topçubaşovun irsinin bu gün dəaktuallığının qoruduğunu bildirib. "Mustafa Topçubaşovun ömür yolubu gün cərrahiyyə elmini həyat yolu seçən gənc nəsil üçün böyükalimlik və insanlıq məktəbidir", - deyə səhiyyə naziri fikrinitamamlayıb.

Öz çıxışında AMEA-nın prezidenti İsa Həbibbəyli vurğulayıb ki,Mustafa Topçubaşovun yaratdığı elmi məktəb onun yetirmələrinincərrahiyyənin təməl biliklərinə mükəmməl bələd olmaları, təbabətdəmühüm yeniliklərə imza atmaları ilə fərqlənir. Mustafa TopçubaşovunAzərbaycan Milli Elmlər Akademiyasının 15 təsisçisindən biriolduğunu vurğulayan İsa Həbibbəyli, həmçinin görkəmli alimlə bağlıxatirələrini bölüşüb, onun hər zaman gənclərə istiqamət verərəkonların elmə yönəlməsində xüsusi səy göstərdiyini deyib.
Öz çıxışında M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinindirektoru Rauf Ağayev görkəmli alimin elmi-pedaqoji və kadrhazırlığında, həmçinin ictimai-siyasi fəaliyyətində tarixixidmətləri barədə məlumat verib: “Həm bir həkim, həm də bir alimkimi Mustafa Topçubaşovun irsi Azərbaycan səhiyyəsinin və xüsusəndə cərrahiyyəsinin formalaşmasında əvəzsiz rol oynayıb”.

Avrasiya Cərrah və Qastroenteroloqlar Assosiasiyasının sədriYasemin Balaban çıxış edərək, akademik Mustafa Topçubaşovuncərrahiyyədə, tibdə, elmdə və kadr hazırlığındakı tarixixidmətlərindən danışıb.
Alimin oğlu, Mərkəzi Klinikanın baş direktorunun müavini CeyhunTopçubaşov çıxış edərək, atasının xatirəsinə göstərilən ehtiramagörə dövlətimizin başçısına, həmçinin tədbirin təşkilatçılarına vəiştirakçılarına minnətdarlığını bildirib.

Sonra akademik Mustafa Topçubaşova həsr edilmiş sənədli filmnümayiş olunub.
Beynəlxalq elmi-praktik konfrans öz işini panel sessiyalarla davametdirib. Sessiyalarda Azərbaycan, Türkiyə və Gürcüstanın tanınmışalimlərinin “Birincili sklerozan xolangit və birincili biliyarxolangit: nə yenilik var?”, “Laparsokipik cərrahiyyə və steplertexnologiyası fəsadları”, “Süd vəzi adenokarsinomasında amfisesininsitotoksik və antiproliferativ təsiri”, “Kəskin nəfəs yollarıpozulması sindromunun diaqnostikası, profilaktika və müalicəprinsipləri”, “Kolorektal anastomozlarda tutmazlığınprofilaktikası” adlı məruzələri dinlənilib.

Məqalədə:
Chosen
60
8
az.trend.az

9Sources